Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial BMT baş katibinin köməkçisi: "Bu gün şəhərlər dünya əhalisinin 45%-i üçün evdir"
sosial

BMT baş katibinin köməkçisi: "Bu gün şəhərlər dünya əhalisinin 45%-i üçün evdir"

20-05-2026 17:00 47 Views
IMG

"Bakı - "küləklər şəhəri" şəhərlərdə təmiz havanın həyati əhəmiyyətini müzakirə etmək üçün uyğun yerdir. Bu gün şəhərlər dünya əhalisinin 45%-i üçün evdir ki, onların sayı 8,2 milyard təşkil edir".

 

Tvit.az-ın xəbərinə görə, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin köməkçisi və BMT-nin Ətraf Mühit Proqramının icraçı direktorunun müavini Elizabet Maruma Mrema WUF13 çərçivəsində keçirilən və IDEA İctimai Birliyi tərəfindən təşkil edilən "Yeni şəhər gündəmi üçün ilham qaynağı: Dayanıqlı şəhərlər üçün hava keyfiyyətinin və yaşıl infrastrukturun inteqrasiyası" adlı yüksək səviyyəli forumda çıxışı zamanı bildirib.

 

"Bu tendensiya davam edəcək. Bizə deyildiyi kimi, 2050-ci ilə qədər şəhər mühiti qlobal əhali artımının təxminən üçdə ikisini təşkil edəcək. Bu görüş WUF13-ü təkcə şəhərlərin necə böyüdüyünü müzakirə etmək üçün deyil, eləcə də şəhərlər indi həlledici onilliyə qədəm qoyduğu üçün artan urbanizasiya şərtlərində yaşayışa yararlılıq anlayışının özünü yenidən nəzərdən keçirmək üçün kritik əhəmiyyətli bir fürsətə çevirir.

 

Bu kontekstdə biz həmçinin hava keyfiyyətini şəhər planlaşdırma, mənzil layihələndirmə və torpaqdan istifadənin tənzimlənməsinə birbaşa inteqrasiya etməyə çalışan "Baku Coalition for Breathable Cities" ("Bakı - nəfəs üçün yararlı havaya malik şəhərlər koalisiyası") təşəbbüsünü dəstəkləyirik.

 

Ambisiya aydındır: hava keyfiyyətini dar texniki sahədən şəhər idarəetməsi və layihələndirməsinin struktur elementi mövqeyinə çıxarmaq və bu prinsipi uzunmüddətli şəhər siyasəti transformasiyasının bir hissəsi kimi Ümumdünya Şəhər Forumundan kənarda da möhkəmləndirmək", - deyə o qeyd edib.