Gənclər şəhər planlaşdırılması, idarəetmə və qərarvermə proseslərinə real şəkildə daxil edilməlidirlər.
Tvit.az-ın məlumatına görə, bunu "Global Family Media" şirkətinin əməliyyatlar üzrə direktoru Umuhoza Netete Verite Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu" mövzusunda beynəlxalq konfransında çıxış edərkən deyib.
O, bildirib ki, rəqəmsal platformaların yaradılması, davamlılığın təşviqi və mədəni kimliyin qorunması vacib istiqamətlərdir:
"Lakin gənclərin iştirakı sadəcə simvolik nümayəndəliklə məhdudlaşmamalıdır. Gənclər şəhər planlaşdırılması, idarəetmə və qərarvermə proseslərinə real şəkildə daxil edilməlidirlər".