Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Moskvada orta ömür uzunluğu 80 ilə çatıb - Mer
dünya

Moskvada orta ömür uzunluğu 80 ilə çatıb - Mer

19-05-2026 20:00 56 Views
IMG

"Vahid Rusiya" Partiyasının Ali Şurasının büro üzvü və Moskva meri Sergey Sobyaninin sözlərinə görə, Moskvada orta ömür uzunluğu 80 ildir.

 

Tvit.az Rusiya mediasına istinadən xəbər verir ki, mer Vahid Rusiyanın regional hesabat və proqram forumu çərçivəsində keçirilən "Nəticələr var!" adlı plenar iclasda iştirak edib.

 

Sobyanin forum zamanı bildirib ki, "Moskva bu gün ən yüksək ömür uzunluğuna malikdir - 80 il".

 

Mer qeyd edib ki, moskvalıların aktiv uzunömürlülüyü təkcə səhiyyə sistemi ilə deyil, həm də yaşlı vətəndaşları şəhərin mədəni və sosial həyatına cəlb etməklə təmin edilir.

 

Aysel Şirinova