İranda baş verən zəlzələ Ordubad rayonunda hiss edilib.
Tvit.az xəbər verir ki, yeraltı təkanlar Ordubadda 3 bala qədər hiss olunub.
Qeyd edək ki, Mərənd şəhərində qeydə alınan zəlzələnin ocağı 9 kilometr dərinlikdə yerləşib və maqnitudası 4,4-ə bərabər olub.