Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib
turizm

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib

19-10-2026 10:00 16 Views
IMG

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib.

 

Bu barədə Tvit.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.

 

Belə ki, paytaxt sakini Bəxtiyar Ağayev "Lada" markalı avtomobillə təhlükəli manevrlər edərək kobud qayda pozuntularına yol verdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb.

 

Sənədləri təqdim etməkdən imtina edən sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinəyə dəvət olunub. Müayinə zamanı B.Ağayevin narkotik vasitənin təsiri altında olması müəyyən edilib.

 

Məhkəmənin qərarı ilə B.Ağayev 20 gün müddətində inzibati qaydada həbs edilib.