Fransada baş verən genişmiqyaslı iğtişaşlar Almaniya üçün ciddi xəbərdarlıq siqnalıdır və ölkədə vətəndaş müharibəsini xatırladan hadisələrin baş verməsi riskindən xəbər verir.
Tvit.az xəbər verir ki, bu barədə Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alisa Vaydel “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Fransada baş verən zorakılıq aktları Almaniya üçün ciddi xəbərdarlıq siqnalıdır. Burada da kütləvi miqrasiya və solçu ekstremizmin təhlükəli birləşməsi vətəndaş müharibəsini xatırladan vəziyyətin yaranmasına səbəb ola bilər”, – deyə siyasətçi qeyd edib.
Xatırladaq ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makron kütləvi iğtişaşların iştirakçılarının məsuliyyətə cəlb olunacağını bəyan edib. Etirazlar təhsil sistemindəki problemlərə etiraz edən məktəblilərin nümayişləri ilə başlayıb.
Fransa Prezidenti həmçinin dinc etirazçılarla iğtişaşlarda iştirak edən şəxslər arasında fərq qoyulmasının vacibliyini qeyd edib.
Aysel Şirinova