Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ərdoğandan İsrailə sərt ittiham: Suriyada xaos yaratmağa çalışır
dünya

Ərdoğandan İsrailə sərt ittiham: Suriyada xaos yaratmağa çalışır

19-10-2026 16:00 20 Views
IMG
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Suriyada vəziyyəti sabitlikdən çıxarmağa çalışdığını bildirib.

 

Tvit.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Ankarada yerli idarəetmə orqanlarının rəhbərləri ilə görüşündə çıxışı zamanı bəyan edib.

 

“Suriyadan müsbət xəbərlər gəlir, lakin İsrail orada da xaos yaratmaq üçün əlindən gələni edir”, – deyə Ərdoğan vurğulayıb.

 

Türkiyə Prezidenti Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə də diqqət çəkərək İran ətrafında yaranmış gərginliyə və regionda baş verən yeni toqquşmalara toxunub.

 

O bildirib ki,  Türkiyənin regional münaqişələrə cəlb olunmasının qarşısını almağa çalışır.

 

Aysel