Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER Venesuela ixracı bərpa edir - 2020-dən sonra ilk dəfə İsrailə neft satıldı
OTHER

Venesuela ixracı bərpa edir - 2020-dən sonra ilk dəfə İsrailə neft satıldı

10-02-2026 22:00 15 Views
IMG

Venesuela ixracı yenidən açıldıqdan sonra İsrailə xam neft göndərib.

Tvit.az İsrail mediasına istinadən xəbər verir ki, Venesuela bir ay əvvəl ABŞ tərəfindən prezident Nikolas Maduronun devrilməsindən sonra ixracı yenidən açılıb.

“Bloomberg” maliyyə xəbər agentliyinin məlumatına görə, yük Hayfanın “Bazan Group” şirkətinə daşınır.

Xəbər saytı bildirir ki, sözügedən göndəriş 2020-ci ilin ortalarından bəri Venesuela neftinin İsrailə ilk satışı olacaq.

Aysel Şirinova