Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Husilər Səudiyyə Ərəbistanının paytaxtını hədəfə aldıqlarını iddia ediblər
dünya

Husilər Səudiyyə Ərəbistanının paytaxtını hədəfə aldıqlarını iddia ediblər

12-10-2026 23:00 10 Views
IMG

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatının hərbi nümayəndəsi Yəhya Səriə üsyançıların Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına ballistik raketlə zərbə endirdiklərini iddia edib.


Səriə Telegram kanalında husilərin hava limanını ballistik raketlə hədəfə aldığını və raketin dəqiq zərbə endirdiyini bildirib.


O, həmçinin beynəlxalq aviaşirkətləri və səyahətçiləri Səudiyyə Ərəbistanının hava limanlarına uçuşlardan çəkinməyə çağırıb. Husilərin nümayəndəsi Məkkə və Mədinədəki hava limanları istisna olmaqla, ölkənin digər hava limanlarını “təhlükəli” adlandırıb.


Səriə, eyni zamanda, Səudiyyə Ərəbistanının Xamis-Muşayt şəhərindəki aviabazaya pilotsuz uçuş aparatı ilə birbaşa zərbə endirildiyini iddia edib.


Bundan əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin Ər-Riyada raket hücumunun qarşısının alındığını açıqlamışdı. Daha əvvəl isə ölkənin Milli Fövqəladə Hallar üzrə Erkən Xəbərdarlıq Platforması paytaxtda potensial təhlükə ilə bağlı xəbərdarlıq yayıb.