Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Böyük Britaniya iki İran vətəndaşına qarşı sanksiyalar tətbiq edib
dünya

Böyük Britaniya iki İran vətəndaşına qarşı sanksiyalar tətbiq edib

12-10-2026 21:00 13 Views
IMG

Böyük Britaniya İran hakimiyyəti adından düşmənçilik fəaliyyətinə dəstək verməkdə şübhəli bilinən iki İran vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

 

Bu barədə ölkənin xarici işlər naziri Devid Lemminin bəyanatında bildirilib.

 

Onun sözlərinə görə, London həmçinin Tehranın Britaniyanın və beynəlxalq tərəfdaşlarının təhlükəsizliyinə təhdid yaratmaq cəhdlərinə etirazını bildirmək üçün İranın səfirini çağıracaq.

 

Lemmi vurğulayıb ki, ölkəsi öz ərazisində təhdidlərə dözməyəcək və milli təhlükəsizliyini qorumaq üçün tədbirlər görməyə davam edəcək.
O, həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dövlət təhdidlərinə qarşı mübarizə çərçivəsində yeni səlahiyyətlər əsasında təhdidlər siyahısına daxil edildiyini xatırladıb.