Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya NATO: Rusiya ordusu sentyabrda 50 mindən çox canlı qüvvə itirib
dünya

NATO: Rusiya ordusu sentyabrda 50 mindən çox canlı qüvvə itirib

12-10-2026 23:00 17 Views
IMG

Rusiya ordusu sentyabrda Ukraynada 50 mindən çox hərbçisini itirib. Onlardan 28 mininin öldüyü bildirilir.

 

 “Bloomberg” bu barədə NATO-nun yüksəkvəzifəli hərbi nümayəndəsinə istinadən məlumat yayıb.


NATO rəsmisinin sözlərinə görə, rekord aylıq itkilər Rusiyanın Ukraynada hücum əməliyyatlarını davam etdirdiyi bir vaxta təsadüf edib. Bildirilir ki, Rusiya komandanlığı hərbçiləri dron və artilleriya zərbələrinə, eləcə də mina təhlükəsinə məruz qaldıqları “zərbə zonalarına” göndərir.


Məlumata görə, əsasən müdafiə mövqeyində olan Ukrayna ordusunun sentyabrda ölən və yaralanan hərbçilərinin sayı təxminən 5 min nəfər təşkil edib. Bloomberg-in həmsöhbətinin qiymətləndirməsinə əsasən, Rusiyanın canlı qüvvə itkiləri Ukraynanın itkilərindən təxminən 10 dəfə çox olub.

 


NATO-nun baş katibi Mark Rütte aprel ayında Rusiya ordusunun bəzi aylarda 35 minədək hərbçisini öldürülmüş və yaralanmış vəziyyətdə itirdiyini bildirmişdi. O, eyni rəqəmi iyunda da səsləndirib. Sentyabrda isə Rütte bu göstəricinin 43 min nəfərə çatdığını açıqlayıb.

 


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da oxşar qiymətləndirmə təqdim edib. Qurumun məlumatına görə, Rusiya ordusunun sentyabr ayındakı itkiləri müharibə başlayandan bəri rekord həddə çataraq 46 200 nəfər olub.