Argentina hakimi Sebastyan Ramos Venesuela prezidenti Nikolas Maduronun onun hakimiyyəti dövründə guya törədilmiş insanlığa qarşı cinayətlər işi üzrə Argentinaya ekstradisiyasına nail olmaq məqsədilə ABŞ-a sorğu göndərilməsi barədə göstəriş verib.
Tvit.az xəbər verir ki, bu barədə Infobae portalı məlumat yayıb.
“Federal hakim Sebastyan Ramos ABŞ-dan Nikolas Maduronun Argentinaya gətirilərək ifadə verməsi məqsədilə onun ekstradisiyası barədə rəsmi sorğunu imzalayıb”, - deyə materialda bildirilir.
Yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyat həyata keçirib və bu əməliyyat zamanı prezident və onun həyat yoldaşı saxlanılaraq ölkədən çıxarılıb.