Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Maduro ilə bağlı ABŞ-yə sorğu göndərildi
dünya

Maduro ilə bağlı ABŞ-yə sorğu göndərildi

04-02-2026 22:00 11 Baxış
IMG

Argentina hakimi Sebastyan Ramos Venesuela prezidenti Nikolas Maduronun onun hakimiyyəti dövründə guya törədilmiş insanlığa qarşı cinayətlər işi üzrə Argentinaya ekstradisiyasına nail olmaq məqsədilə ABŞ-a sorğu göndərilməsi barədə göstəriş verib.

Tvit.az xəbər verir ki, bu barədə Infobae portalı məlumat yayıb.

“Federal hakim Sebastyan Ramos ABŞ-dan Nikolas Maduronun Argentinaya gətirilərək ifadə verməsi məqsədilə onun ekstradisiyası barədə rəsmi sorğunu imzalayıb”, -  deyə materialda bildirilir.

Yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyat həyata keçirib və bu əməliyyat zamanı prezident və onun həyat yoldaşı saxlanılaraq ölkədən çıxarılıb.

 

Aysel Şirinova