Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycan və Albaniya NATO çərçivəsində əməkdaşlığı müzakirə edib
sosial

Azərbaycan və Albaniya NATO çərçivəsində əməkdaşlığı müzakirə edib

12-10-2026 13:00 18 Views
IMG

Azərbaycan və Albaniya NATO çərçivəsində əməkdaşlığı, Avropanın enerji təhlükəsizliyini və ikitərəfli münasibətlərin perspektivlərini müzakirə edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

 

Qeyd olunub ki, Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Albaniyanın alyansdakı yeni daimi nümayəndəsi Bardhil Kolçaku ilə görüşüb.

 

"Görüş zamanı tərəflər NATO və Azərbaycan tərəfdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfə, eləcə də Azərbaycan və Albaniya arasındakı ikitərəfli münasibətlər və iki ölkə arasındakı yüksək səviyyəli səfərlər barədə fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib.