Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home turizm Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ÖLDÜ
turizm

Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ÖLDÜ

14-11-2024 21:00 18 Views
IMG

Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.

"Tvit.az" report-a istinadən xəbər verir ki, hadisə Ceyranbatan bağları ərazisində qeydə alınıb.

1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-də Bakıda xəstəxanaya müraciət edib. İki gün sonra müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.