Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER Lənkəran İcra Hakimiyyətinin başçısının oğlu general oldu
OTHER

Lənkəran İcra Hakimiyyətinin başçısının oğlu general oldu

15-12-2025 16:00 48 Views
IMG

Bu gün Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Fövqəladə Hallar Nazirliyinin 4 əməkdaşına ali hərbi və ali xüsusi rütbələr verilib.

 

Tvit.az xəbər verir ki, rütbə verilən şəxslərdən biri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu polkovnik Seymur Qaraşovdur.

 

Ona “general-mayor” ali hərbi rütbəsi verilib.