İran prezidenti Qazaxıstana rəsmi səfər edəcək.
Tvit.az “IRNA” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Qazaxıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
10–11 dekabr tarixlərində keçiriləcək olan səfər çərçivəsində Qazaxıstan–İran əməkdaşlığının ticarət, iqtisadiyyat, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Elmin Alışov