Rusiya prezidenti Vladimir Putinin Yeni Dehliyə səfəri Rusiya və Hindistan arasında inkişaf etməkdə olan strateji tərəfdaşlığa təkan verəcək.
Tvit.az xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.
“Tərəfdaşlıq genişlənir, səfər, əlbəttə ki, bu prosesə öz töhfəsini verəcək”, - deyə bildirilib.
Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Hindistana qarşıdakı səfərindən əvvəl gec saatlarda Hindistan mediasına müsahibə verəcək.
Aysel Şirinova