Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Hindistan XİN: Putinin səfəri Rusiya ilə strateji tərəfdaşlığa təkan verəcək
dünya

Hindistan XİN: Putinin səfəri Rusiya ilə strateji tərəfdaşlığa təkan verəcək

02-12-2025 17:00 34 Baxış
IMG

Rusiya prezidenti Vladimir Putinin Yeni Dehliyə səfəri Rusiya və Hindistan arasında inkişaf etməkdə olan strateji tərəfdaşlığa təkan verəcək.
Tvit.az xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.

“Tərəfdaşlıq genişlənir, səfər, əlbəttə ki, bu prosesə öz töhfəsini verəcək”, - deyə bildirilib.

Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Hindistana qarşıdakı səfərindən əvvəl gec saatlarda Hindistan mediasına müsahibə verəcək.

Aysel Şirinova