İmişli Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Tvit.az xəbər verir ki, tender İmişli şəhər küçələrində avtomobil yollarının əsaslı təmir işlərinin satın alınması ilə bağlı idi.
Tenderin qalibi "Orion-E" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tərəflər arasında imzalanmış satınalınma müqaviləsinin dəyəri 608 min 808 manat təşkil edib.
Aysel Şirinova