Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik
sosial

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

15-10-2026 12:00 22 Views
IMG

Azərbaycanın nüfuzu dünyada artmaqdadır.

 

Tvit.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib. 

O, Azərbaycana AQEM-ə sədrliyi dövründə irəli sürdüyü təşəbbüslərə görə təşəkkür edib.

 

Özbəkistan Prezidenti deyib ki, bu gün dünyada baş verən münaqişələr bütün tərəflərin maraqları əsasında həllini tapmalıdır:

 

"Ən qısa zamanda Yaxın Şərqdə sülhün bərqərar olmasını diləyirik. Çalışmalıyıq ki, siyasi fikir ayrılıqları silahlı qarşıdurmalara səbəb olmasın".