Yaponiyanın Baş naziri Sanae Takaiçi Tokio hökumətinin Rusiyada casusluq fəaliyyəti ilə məşğul olmadığını bildirib.
O, Rusiya hakimiyyətinin yapon jurnalisti saxlamasını şərh edərkən bu barədə danışıb. Baş nazir jurnalistin Yaponiya hökuməti ilə koordinasiyalı şəkildə casusluq fəaliyyəti apardığına dair Rusiya ittihamları ilə bağlı suala cavabında belə faktların olmadığını vurğulayıb.
Takaiçinin sözlərinə görə, Yaponiya tərəfi hələlik saxlanılan şəxsə qarşı irəli sürülən ittihamların mahiyyəti barədə ətraflı məlumata malik deyil.
Baş nazir qeyd edib ki, Yaponiya Xarici İşlər Nazirliyi Rusiya hakimiyyətinə müraciətlər ünvanlayır və saxlanılan vətəndaşla konsulluq görüşünün keçirilməsinə çalışır. O, hökumətin hazırda Yaponiya vətəndaşının müdafiəsinə diqqət yetirdiyini və Tokionun mövqeyini Rusiya tərəfinə çatdırmağa davam edəcəyini bildirib.