Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Özbəkistan Prezidenti: AQEM çərçivəsində öhdəliklər aydın olmalıdır
sosial

Özbəkistan Prezidenti: AQEM çərçivəsində öhdəliklər aydın olmalıdır

15-10-2026 13:00 21 Views
IMG

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsi (AQEM) çərçivəsində fəaliyyət və öhdəliklər aydın olmalıdır.

 

Tvit.az  xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib. 

Özbəkistan lideri vurğulayıb ki, Asiyada etimad infrastrukturu yaradılmalıdır və buna misal kimi AQEM çərçivəsində iqlim dəyişikliyi ilə bağlı əməkdaşlığın gücləndirilməsinə ehtiyac olduğunu deyib.

 

Onun sözlərinə görə, bu gün ölkələrin qarşısında yeni çağırışlar var:

 

"Bunlar iqlimlə və süni intellektlə bağlıdır. Biz rəqəmsal inkişafda bütün ölkələr üçün faydalı olmasına çalışmalıyıq. Bu mənada süni intellektdən etik və məsuliyyətli istifadə önəmlidir. AQEM çərçivəsində bu sahə üzrə ekspert platforması yaradılmalıdır".