Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Futbol üzrə Çexiya millisinə müvəqqəti baş məşqçi təyin edilib
sport

Futbol üzrə Çexiya millisinə müvəqqəti baş məşqçi təyin edilib

22-10-2025 19:00 20 Views
IMG

Çexiya Futbol Assosiasiyası milliyə müvəqqəti baş məşqçi təyin edib.

 

Tvit.az xəbər verir ki, yığma Yaroslav Kestlə tapşırılıb.

 

Mütəxəssis Çexiya millisini noyabrın 13-də San Marino ilə yoxlama görüşünə və 4 gün sonra Cəbəllütariqlə keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin oyununa hazırlayacaq.

 

Komanda hazırda 13 xalla L qrupunda ikinci yerdədir.

 

Qeyd edək ki, Yaroslav Kestl daha əvvəl Çexiya millisinin baş məşqçisi vəzifəsində çalışmış İvan Haşekin köməkçilərindən biri olub.