Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Şirvan kanalında batan şəxsin meyiti tapılıb
turizm

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

21-10-2025 21:00 26 Views
IMG

18 oktyabr tarixində Yuxarı Şirvan kanalının Sabirabad rayonu, Surra kəndi ərazisindən keçən hissəsində batan şəxsin axtarışları başa çatıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.