Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət "Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb" - İlham Əliyev
siyasət

"Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb" - İlham Əliyev

21-10-2025 13:00 21 Views
IMG

Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb.

"Tvit.az" xəbər verir ki, bu sözləri Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Prezident İlham Əliyev deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bu gün yeni mərhələ başlayır, hətta deyərdim ki, yeni dövr başlayıb – Azərbaycan ilə Ermənistan arasında sülh dövrü. Son hərbi toqquşmalardan cəmi iki il keçməmiş sülh sazişinin paraflanması hər iki ölkənin kifayət qədər yüksək səviyyədə siyasi iradə nümayiş etdirməsindən xəbər verir".

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normalaşdırılmasındakı rolu ən yüksək qiymətə layiqdir.