Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Goranboyda minik avtomobili aşıb, altı nəfər xəsarət alıb
turizm

Goranboyda minik avtomobili aşıb, altı nəfər xəsarət alıb

09-10-2025 20:00 66 Views
IMG

Goranboyda minik avtomobili aşıb, xəsarət alanlar var.

 

Tvit.az-ın məlumatına görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

 

"Hyundai" markalı avtomobilin aşması nəticəsində 1989-cu il təvəllüdlü E. Şirinova, 1980-ci il təvəllüdlü S.Məmmədova, 1982-ci il təvəllüdlü L. Abdullayeva, 1978-ci il təvəllüdlü S. Məmmədova, 1981-ci il təvəllüdlü Y.Məmmədova, 1988-ci il təvəllüdlü A.Haqverdiyeva bədən xəsarətləri alıblar.

 

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.