Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bakıda cibgirlik edən şəxs saxlanıldı - VİDEO
turizm

Bakıda cibgirlik edən şəxs saxlanıldı - VİDEO

09-10-2025 16:00 63 Views
IMG

Bakıda ictimai yerlərdə — əhalinin sıx olduğu avtobus dayanacaqlarında cibgirlik yolu ilə oğurluq əməlləri törədən şəxs müəyyən olunub.

"Tvit.az" xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq cinayətlərində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı Rahil Kazımov tutulub.

Araşdırmalarla müəyyən edilib ki, o, əsasən müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda sərnişinlərin pul vəsaitlərini talamaqla məşğul olub.

R. Kazımovun paytaxtda digər analoji cinayətlər törətməsi istisna olunmur.

Araşdırmalar davam etdirilir.