Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Qurbanov bu klubu forma ilə təmin etdi
sosial

Qurbanov bu klubu forma ilə təmin etdi

07-10-2025 20:00 120 Views
IMG

“Qarabağ” I Liqada debüt mövsümünü keçirən “Şəfa”ya yardım əli uzadıb.

 

Tvit.az Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi aşağı liqada mübarizə aparan paytaxt klubuna geyim (forma) təminatında köməklik göstərib.

 

“Köhlən atlar” özlərinə aid inventarın bir hissəsini onlara göndərib. Buna səbəb “Şəfa”nın “Jako”dan sifariş etdiyi geyim dəstlərinin gecikməsidir.

 

Uzun müddətdir gözü yolda qalan “ağ-göylər”in dadına Qurban Qurbanov yetişib.

 

“Qarabağ”ın baş məşqçisi problemdən xəbər tutan kimi “Şəfa”lıların narahatlığına son qoyub.