Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Fubolçu oyun zamanı dünyasını dəyişdi
dünya

Fubolçu oyun zamanı dünyasını dəyişdi

29-09-2025 22:00 33 Views
IMG

 Kolindresin qapıçısı Raul Ramirez İspaniyanın beşinci divizionu matçında aldığı zədə nəticəsində 19 yaşında dünyasını dəyişib.

Tvit.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.

Futbolçu ağır kəllə-beyin travması alıb, bundan sonra meydanda ürəyi dayanıb. Komanda məşqçisi Rafa de la Peña ilk yardım göstərsə də onun həyatını xilas etmək mümkün olmayıb.

 Həkimlərin səyinə baxmayaraq, futbolçu sentyabrın 29-da səhər saatlarında Santander xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

Aysel Şirinova