Kolindresin qapıçısı Raul Ramirez İspaniyanın beşinci divizionu matçında aldığı zədə nəticəsində 19 yaşında dünyasını dəyişib.
Tvit.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.
Futbolçu ağır kəllə-beyin travması alıb, bundan sonra meydanda ürəyi dayanıb. Komanda məşqçisi Rafa de la Peña ilk yardım göstərsə də onun həyatını xilas etmək mümkün olmayıb.
Həkimlərin səyinə baxmayaraq, futbolçu sentyabrın 29-da səhər saatlarında Santander xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.
Aysel Şirinova