Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bakıda ev yandı - Tüstüdən zəhərlənən var
turizm

Bakıda ev yandı - Tüstüdən zəhərlənən var

26-09-2025 16:00 51 Views
IMG

Bakıda 2 otaqlı ev yanıb, bir nəfər tüstüdən zəhərlənib.

Bu barədə "Tvit.az"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonunda ümumi sahəsi 200 m² olan 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə, 1 ədəd kombi aparatı və 1 ədəd kondisioner yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.