Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Lənkəranda qəza: Sürücülər yaralandı
turizm

Lənkəranda qəza: Sürücülər yaralandı

08-09-2025 17:00 49 Views
IMG

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

"Tvit.az" xəbər verir ki, hadisə şəhərin "Kiçik bazar" adlanan dənizkənarı ərazidə qeydə alınıb.

Lənkəran rayon sakini, 1973-cü il təvəllüdlü Elçin Misir oğlu Ağayev idarə etdiyi "Land Rover" markalı nəqliyyat vasitəsi "KİA" ilə toqquşub.

Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.