Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Paşinyanın təyyarəsi Azərbaycanın hava məkanından istifadə edib
siyasət

Paşinyanın təyyarəsi Azərbaycanın hava məkanından istifadə edib

06-09-2025 13:00 38 Views
IMG

Bu il avqustun 30-da Ermənistan Baş nazirinin təyyarəsi Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib və sentyabrın 6-da gecə Ermənistana qayıdıb.

"Tvit.az" xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

O bildirib ki, bu il avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra Ermənistanın müvafiq orqanları Azərbaycandan Baş nazirin təyyarəsi üçün hava keçidi istəyib və müsbət cavab alıblar: "Biz bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəminin təşviqi və qarşılıqlı etimad mühitinin formalaşdırılması üçün əməli addım hesab edirik".