Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Gəncədə 57 yaşlı kişi kürəkəninin 13 yaşlı xalası qızına təcavüz etdi
turizm

Gəncədə 57 yaşlı kişi kürəkəninin 13 yaşlı xalası qızına təcavüz etdi

05-09-2025 18:00 26 Views
IMG

Gəncədə 57 yaşlı kişi 13 yaşlı qıza təcavüz edib.

 

Tvit.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə şəhərin "Ət kombinatı" adlanan ərazisindəki evlərdən birinin həyətyanı sahəsində baş verib.

 

Şəhər sakini, 1967-ci il təvəllüdlü Rauf Məmmədov (soyadı şərtidir) qızının evinə gəlib-gedərkən orada kürəkəninin 2012-ci il təvəllüdlü xalası qızı A.N.-i görüb və ona qarşı seksual hərəkətlər etmək qərarına gəlib. Məlum olub ki, azyaşlı valideynləri ilə deyil, babası və nənəsi ilə yaşayır. O, evin ünvanını öyrənib və həmin ailəyə gedib-gəlməyə başlayıb.

 

Bir gün Rauf öyrənib ki, A.N.-in nənəsi ilə babası şəhərə qohumlarıgilə gediblər və evə gec gələcəklər. O, həmin ünvana gedib, A.N.-i çağırıb və onunla söhbət etmək istəyib. A.N. onun məqsədini başa düşüb və ona toxunmamasını xahiş edib. Rauf isə azyaşlının xahişinə baxmayaraq, onu qucaqlamağa cəhd edib. Amma A.N. onu itələyib özündən uzaqlaşdırmağa cəhd edib. Rauf cibindən bıçaq və silahabənzər oyuncaq tapança çıxararaq qızı hədələyib. O bildirib ki, əgər səsini çıxarsa, onun babası və nənəsini öldürəcək. Raufun hədələrindən qorxan A.N. sakit dayanıb. Bundan istifadə edən Rauf qızı yerə yıxaraq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub və ona bu barədə heç kimə məlumat verməməyi tapşırıb. Bundan başqa, Rauf qıza tapşırıb ki, o, nə vaxt istəsə, A.N. onun çağırışına gəlib onunla cinsi əlaqədə olsun. Əks halda, Rauf yenə də qızı baba və nənəsini öldürməklə hədələyib.

 

Bu yolla Rauf bir neçə dəfə qızla babasıgilin həyətində cinsi əlaqədə olub.

 

Bir gün Rauf yenidən qızı görüşə çağırsa da, qız onun çağırışına gəlməyib və məktəbə gedib. Rauf qızın arxasınca gedib, onu məktəbin həyətinə çağırıb və hədələməyə başlayıb. Məktəbin həyətində onları müəllimələrdən biri görüb və Raufdan məqsədinin nə olmasını soruşub. Rauf isə müəllimənin gəldiyini görüb və hadisə yerindən qaçıb.

 

Müəllimə hadisə barədə qızın atası və babasına məlumat verib. Bundan sonra qız olanları valideynlərinə danışıb.

 

Faktla bağlı cinayət işi başlanıb və Rauf polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov 17 il azadlıqdan məhrum edilib.