Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Hindistan Rusiyaya dərman ixracını artıracaq
dünya

Hindistan Rusiyaya dərman ixracını artıracaq

02-09-2025 21:00 33 Views
IMG

Hindistan ABŞ-nin təzyiqi səbəbindən Rusiyaya dərman ixracını artıracaq.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Hindistan şirkətləri Rusiya bazarını variantlardan biri kimi nəzərdən keçirir. 

Hindistan əczaçılıq məhsulları, digər məhsul kateqoriyalarından fərqli olaraq, ABŞ-nin 50 faiz rüsumundan azaddır. Lakin vəziyyətin gələcəkdə necə inkişaf edəcəyi bəlli deyil. Bunun fonunda yerli əczaçılıq sənayesində narahatlıq artır. Alternativ satış bazarlarının axtarışı sənaye şirkətləri üçün sığorta forması kimi görünür.