Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Avtobus dayanacağına zərər vuran şəxs saxlanıldı - VİDEO
turizm

Avtobus dayanacağına zərər vuran şəxs saxlanıldı - VİDEO

19-08-2025 17:00 22 Views
IMG

Paytaxtın Binəqədi rayonundakı avtobus dayanacağına zərər vurulması və ərazidəki antisanitar vəziyyətlə bağlı paylaşılmış görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə "Tvit.az"a DİN Mətbuat Xidmətindən bildirilib.

Dövlət əmlakına zərər vuran, ictimai yerdə antisanitar vəziyyət yaradaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxs saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.