Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Evlənənlərin və boşananların sayı məlum oldu
sosial

Evlənənlərin və boşananların sayı məlum oldu

15-08-2025 14:00 16 Baxış
IMG

Bu ilin birinci yarısında 24 815 nikah və 10 350 boşanma halı qeydə alınıb.

"Tvit.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,4-dən 4,9-a qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (6,4), Qarabağ (6,2), Mil-Muğan (5,7), Lənkəran-Astara (5,6), Şirvan-Salyan (5,4), Dağlıq Şirvan (5,1), Bakı (5,0) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,9) yüksək olub.