Alimlərin hesablamalarına görə, asteroid Yerdən təxminən Ay orbitinin bir diametri qədər məsafədən keçəcək. Daha əvvəl NASA-nın Reaktiv Hərəkət Laboratoriyasında qeyd olunub ki, bu kosmik cismin diametri 50 metrdir və ölçüsünə görə təyyarə ilə müqayisə oluna bilər. NASA həmçinin vurğulayıb ki, asteroid Yerdən təxminən 1 milyon kilometr məsafəyə qədər yaxınlaşacaq.
Bildirilib ki, asteroid planetə qeyri-adi dərəcədə yaxın keçəcəyi üçün “təhlükəli” statusu alıb. Bu kateqoriyaya Yerə Ay orbitinin 10 diametrindən daha yaxın məsafədən keçən kosmik cisimlər daxildir. Daha böyük ölçülü bir cismin Yerin yanından keçməsi isə 2025-ci ilin sentyabr ayının sonunda yenidən gözlənilir.