Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ərdoğan BMT baş katibi ilə danışdı
dünya

Ərdoğan BMT baş katibi ilə danışdı

14-08-2025 19:00 13 Baxış
IMG

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutten ilə telefon danışığı aparıb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Söhbət zamanı Ukrayna ilə Rusiya arasındakı müharibə ilə bağlı son hadisələr, həmçinin regional və qlobal gündəmin məsələləri müzakirə olunub.

 Türkiyə prezidenti Ukrayna ilə Rusiya arasında daimi atəşkəsin təmin olunması məqsədilə Türkiyənin təşəbbüsü ilə keçirilən İstanbul danışıqlarında əldə olunan irəliləyişi qeyd edib, həmçinin bu prosesin humanitar məsələlərin müsbət həllinə də töhfə verməsinin vacibliyini vurğulayıb.

NATO Baş katibi Ryutte isə ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada keçiriləcək sammit ərəfəsində Ukraynadakı mövcud vəziyyətə dair qiymətləndirmə aparıb.

Prezident Ərdoğan əlavə edib ki, Türkiyə Alyaskada keçiriləcək görüşlə bağlı hadisələrin gedişatını diqqətlə izləyir.

Aysel Şirinova