“Avropa üçlüyü” ölkələri (Böyük Britaniya, Almaniya, Fransa) ilə aparılan danışıqlar mənasını itirib, çünki avropalılar İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün səmərəli addımlar ata bilmirlər.
Tvit.az xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi Britaniyanın Financial Times qəzetinə müsahibəsində bildirib.
“Hazırda avropalılarla danışıqlar aparmağın mənası yoxdur, çünki onlar nə sanksiyaları ləğv edə, nə də başqa bir şey edə bilərlər. Əgər onlar BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasını nəzərdə tutan snapback mexanizmini işə salmağa cəhd etsələr, bu, onlar üçün hər şeyin sonu olacaq”, – deyə o, bildirib.
Aysel Şirinova