Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpinlə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində görüşü ilə bağlı hələlik heç bir konkret razılaşma əldə edilməyib.
Tvit.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Görüşün özü və ya bu görüşün mümkün gündəliyi və məzmunu ilə bağlı heç kim tərəfindən heç bir əsaslı təklif və ya razılaşma müzakirə olunmayıb və ya bildirilməyib”,- deyə Peskov bildirib.
Elmin Alışov