Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Xaçmazda dənizdə kişi meyiti tapıldı
hadisə

Xaçmazda dənizdə kişi meyiti tapıldı

28-07-2025 23:00 44 Baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Xaçmaz rayonu, İstisu qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) suyun üzündə kişi meyitinin aşkar olunması ilə bağlı məlumat daxil olub.

 

Bu barədəTvit.az-a FHN-dən məlumat verilib.

 

Məlumatla əlaqədar, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

 

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.