Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Şəkidə ağır QƏZA: Ölən və xəsarət alanlar var
hadisə

Şəkidə ağır QƏZA: Ölən və xəsarət alanlar var

28-07-2025 20:00 40 Baxış
IMG

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, VAZ-2107 və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıblar.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.