Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycan XİN Banqladeşə başsağlığı verdi
siyasət

Azərbaycan XİN Banqladeşə başsağlığı verdi

21-07-2025 18:00 31 Baxış
IMG

Azərbaycan Xarici İşlər Nazirliyi Banqladeşə başsağlığı verib.

 

Tvit.az xəbər verir ki, bu barədə Nazirliyin X hesabında paylaşım edilib.

 

"Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə faciəvi qəzaya uğraması bizi dərindən kədərləndirdi. Qurbanların ailələrinə və yaxınlarına, Banqladeş hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk", - məlumatda qeyd olunub.

 

Xatırladaq ki, bu gün Banqladeşin paytaxtı Dəkkədə "Milestone" kollecinin ərazisində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot daxil olmaqla 19 nəfər həlak olub, 164 nəfər yaralanıb.