"Azərbaycan ərazisinin 11667 kvadrat kilometri mina və partlamamış sursatlarla çirklənməyə məruz qalıb".
"Tvit.az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, ilkin hesablamalara görə, minaların sayı 1,5 milyon olması müəyyən edilib:
"Tədqiqat davam edir".