Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycanın Skopye-2025-dəki bayraqdarları bəlli oldu
siyasət

Azərbaycanın Skopye-2025-dəki bayraqdarları bəlli oldu

20-07-2025 12:00 37 Baxış
IMG

Azərbaycanın XVIII Avropa Gənclər Yay Olimpiya Festivalındakı bayraqdarları müəyyənləşib.

"Tvit.az" xəbər verir ki, iyulun 20-də Şimali Makedoniyanın paytaxtı Skopyedəki Yan Sandanski İdman Mərkəzində keçiriləcək mərasimdə üçrəngli bayrağımızı cüdoçu Zeyd Ələsgərov (-60 kq) və taekvondoçu Humay Dadaşova (49 kq) daşıyacaq. Zeyd Ələsgərov cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının və üç dəfə Avropa Kubokunun qalibi, Humay Dadaşova isə taekvondo üzrə iki dəfə Türkiyə açıq birinciliyinin qalibidir.

Qeyd edək ki, iyulun 20-dən 26-dək təşkil olunacaq budəfəki festival əvvəlkilərdən fərqli olaraq iki ölkədə - Şimali Makedoniyanın paytaxtı Skopye və Kumanovo şəhərlərində, həmçinin Xorvatiyanın Osiek şəhərində keçiriləcək.

Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.