Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-135 üzrə binaların tikintisinə 9 milyon 160 min 52 manat vəsait ayırıb.
Tvit.az Teleqraf-a istinadən xəbər verir ki, tikinti işləri "As-Təmir Tikinti" MMC-yə həvalə olunub.
Müvafiq işlərin görülməsinə bu gündən başlanılıb, gələn ilin sentyabrına qədər bitməyi planlaşdırılır.
Qeyd edək ki, 100 manat nizamnamə kapitalı "As-Təmir Tikinti" MMC-nin qanuni təmsilçisi Mustafayev Anar Ağasəf oğludur. Şirkət Gəncə Aliminium zavodunun, Ələt layihəsinin, Göl Park yaşayış layihəsinin, Xanoba Gömrük Keçid məntəqəsi layihələrinin icrasını həyata keçirib.