Bu ilin birinci yarımildə 492 min nəfərə sosial müavinət, 403 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
"Tvit.az" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Qeyd edilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 554 mln. manat, Prezident təqaüdləri üzrə 348 mln. manat ödənilib.