Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Mançester Siti" klubu bir milyard dollarlıq sponsorluq müqaviləsi imzaladı
idman

"Mançester Siti" klubu bir milyard dollarlıq sponsorluq müqaviləsi imzaladı

15-07-2025 18:00 33 Baxış
IMG

İngiltərənin "Mançester Siti" klubu "Puma" ilə sponsorluq müqaviləsini yeniləyib.

 

Tvit.az xəbər verir ki, tərəflər arasında imzalanan müqavilə 10 il müddətinə nəzərdə tutulub.

 

Sözləşmə Mançester təmsilçisinə ildə 100 milyon funt sterlinq (təxminən 229 milyon manat) qazandıracaq. "Puma" ilə əvvəlki müqavilə "şəhərlilər"ə illik 65 milyon funt sterlinq qazandırırdı.

 

İllik 100 milyon funt sterlinq və müqavilə dəyəri bir milyard funt sterlinq İngiltərə futbolu üçün rekord məbləğdir. 2023-cü ildə "Mançester Yunayted" "Adidas"la 10 il ərzində 900 milyon funt sterlinq, "Liverpul" isə eyni istehsalçı ilə hər mövsüm üçün 60 milyon funt sterlinq qarşılığında müqavilə imzalayıb.